Çin Rusiyaya gizli şəkildə lazer silahları ötürür? – Ukraynaya qarşı İSTİFADƏ EDİLSƏ…backend

Çin Rusiyaya gizli şəkildə lazer silahları ötürür? – Ukraynaya qarşı İSTİFADƏ EDİLSƏ...

Son məlumatlara əsasən, Çin istehsalı olan “Silent Hunter” lazer sistemlərinin Ukraynadakı döyüş bölgələrində istifadə olunduğu iddia edilir. Bu silahların Ukrayna PUA-larına qarşı tətbiq edildiyi barədə məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, “Silent Hunter” daha əvvəl İranSəudiyyə Ərəbistanı kimi ölkələrdə də müşahidə olunub. Bu da ehtimalı artırır ki, Çin bu sistemləri Rusiya tərəfinə gizli şəkildə tədarük etmiş ola bilər.

Ekspertlər bildirirlər ki, əgər bu məlumatlar təsdiq olunarsa, Rusiya üçün bu, PUA-lara qarşı ciddi üstünlük deməkdir. Lakin hələlik beynəlxalq səviyyədə bu barədə rəsmi təsdiq yoxdur və mövzu əsasən ehtimallar və müşahidələrə əsaslanır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*