NATO-nun Baş katibi Yens Stoltenberqin Tokioya səfəri fonunda Çinin uzunmüddətli perspektivdə strateji məğlubiyyətə uğrayacağı ilə bağlı beynəlxalq ekspertlərin rəyləri işıq üzü görməyə başlayıb.
Baxmayaraq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Çini Rusiyanın hərbi müttəfiqi sayır, amma bü müttəfiqliyin konkret nədən ibarət olduğunu demir. Çin siyasətçiləri isə başqa cür düşünür. Bütün səlahiyyətlilərin göstərməyə çalışdığı odur ki, Pekin Rusiya ilə elə də yaxın deyil. Rusiyanın yalnız İranla birgə addımlarını görə bilərik. Ən təhlükəlisi isə texnologiyalar sahəsində apardığı mübadilələrdir.
Stoltenberqin Cənub-Şərqi Asiyaya, əslində Rusiyanın Uzaq Şərqinə səfəri onu deməyə əsas verir ki, NATO bu regionu da hədəfləyib. Burada Qərb samuray ruhunu itirməmiş Yaponiya ilə daha sıx əlaqələr yaratmaqla Çinin tarix boyu uduzduğu bu dövləti tamamilə öz tərəfinə çəkməkdir. NATO ehtiyat edir ki, Rusiya texnoloji cəhətdən Çin və Yaponiyadan istifadə etməklə Qərbə qarşı dirəniş göstərə bilər. Ona görə də yaxın perspektivdə Cənubi Koreya da NATO-nun gündəmində olacaq.
NATO hesab edir ki, Çin Ukrayna müharibəsində və gələcəkdə hansısa Qərb dövləti ilə qarşıdurmada Rusiyaya qəti və texnoloji dəstək verə bilər. Amma Pekin öz maraqlarını güdərək bu qarşıdurmalarda tacir rolunu oynayır.
Əlbəttə, ABŞ-a görə bütün hallarda bu, Çinə baha başa gələcək. Rusiya isə Purinin zehni ilə fikirləşir. Əsas arqumentləri isə budur: “Yüz birinci xəbərdarlıq” siyasəti müsbət heç nəyə gətirib çıxarmayacaq. Əksinə, Çinin yumşaq geri çəkilməsi düşməni öz qapısına gətirəcək. Bəs indiki məqamda müasir tarixin ən çətin dövründə Rusiyaya əslində lazımınca kömək etməyən Çin Moskvanın köməyinə ümid edəcəkmi?”
Putin sözün əsl mənasında qıcılanıb. O şübhələnir ki, Çin Avropanın xarabalıqları (buraya Rusiya da daxildir) üzərində hökmranlıq sistemi qurmaq üçün Rusiya ilə bu ölkələri bir-birinə vurdurmaq üçün Anglo-Sakson oyununda iştirak edir. Əlbəttə, bütün bu versiyalar ehtimallardır. Görünən odur ki, Çün hər bir vəchlə açıq qarşıdurmalara getmək istəmir və minimüm itkilərlə Orta Asiyanı, xüsusən Qazaxıstan torpaqlarının bir hissəsini ələ keçirmək məqsədi güdür. Amma koronavirus pandemiyasının tüğyan etdiyi ölkə gözlərini tam aça bilmir. Qüdrətli iqtisadiyyatı ilə öyünən Rəsmi Pekin çabalayır və ürək ağrısı ilə NATO-nun siyasi trayektoriyasını izləməklə məşğuldur.
Natiq Səlim,
KONKRET.az