Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı – VİDEObackend

Çinarə Prezidentin onu səhnəyə dəvət etməsindən danışdı - VİDEO

Oktyabrın 20-də Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Dost Aqropark”ın açılışı olub. Açılış mərasimində müğənni Çinarə Məlikzadə səhnəyə çıxıb.

Sənətçi tədbirdə 4 mahnı səsləndirib. Daha sonra Prezident İlham Əliyev Çinarəni nəzərdə tutaraq “dəvət edək, bir şəkil çəkdirək”, – deyə bildirib.

Səhnəyə çıxan Ç.Məlikzadə Prezidentlərə öz təşəkkürünü bildirib.

KONKRET.az xəbər verir ki, ötən gün Xəzər TV-nin qonağı olan gənc müğənni dövlət başçısının onu səhnəyə dəvət etməsindən danışıb.

Qeyd edək ki, Ç.Məlikzadə Vətən müharibəsi dövründə ifa etdiyi “Azərbaycan” mahnısı ilə məşhurlaşıb.

Daha ətraflı videomaterialda:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*