Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişirbackend

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cərimə cəzası sabit pul məbləği ilə deyil, cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında müəyyən olunacaq.

KONKRET.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qüvvədə olan qanuna görə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə dörd min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Layihəyə əsasən, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cinayətin predmetinin dəyərinin əlli faizindən yetmiş faizinədək miqdarında cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*