Çində bir qız bütün gecə telefonla oynadı, başına bu iş gəldibackend

Çində bir qız bütün gecə telefonla oynadı, başına bu iş gəldi

Çində bir gənc qız smartfonu çox istifadə etdiyi üçün bir gözünün görmə qabiliyyəti itib. KONKRET.az xəbər verir ki, qız bir neçə saat ard-arda öz smartfonunda oyunlar oynayıb. Ertəsi gün səhər yuxudan duranda sol gözünün görmədiyini fərq edib.

“Xəstə bütün gecəni öz mobil cihazında oynayıb”, – deyə Songang Xalq Xəstəxanasından Doktor Ki Vangjan bildirib.

Həkimin sözlərinə görə, xəstəyə Valsal retinopatiya diaqnozu qoyulub.

Xoşbəxtlikdən, qız vaxtında xəstəxanaya müraciət edib və həkimlər onun gözlərini tam kor olmaqdan qoruya biliblər. Gələcəkdə həkimlər ona telefonda daha az vaxt sərf etməyi, reabilitasiya dövrü üçün isə tamamilə imtina etməyi məsləhət görüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*