Çində insanabənzər robotlar iş başındabackend

Çində insanabənzər robotlar iş başında

Çinin “Robot Era” şirkəti özünün flaqman “Star1” insanabənzər robotlarının yeni imkanlarını Qobi səhrasında sınaqdan keçirib.

KONKRET.az xəbər verir ki, yarış zamanı iki robot çətin və  keçilməz  yollarda sınaqdan çıxarılıb. Robotlardan biri  idman ayaqqabısında, digəri isə ayaqyalın  “qaçıb”. İdman ayaqqabısı “geyinən” robot saniyədə 3,6 metr sürətlə  rəqibini qabaqlaya bilib. Hər iki robot güclü mühərriklər və yüksəksürətli rabitə modulları ilə təchiz olunub ki, bu da onlara ətraf mühitlə səmərəli əlaqə saxlamağa və müxtəlif şəraitə uyğunlaşmağa imkan verir. Flaqman robotunun hündürlüyü 1,71 m, çəkisi isə 65 kq-dır. 2023-cü ilin avqustunda Tsingua Universitetində qurulan “Robot Era”nın, süni intellektlə idarə olunan universal insanabənzər robotları məişət və peşəkar mühitlərə formalaşdırmaq öhdəliyi var. “Star1”-in nümayişi də növbəti sınaq hesab olunur .

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*