Çindən Mərkəzi Asiyaya böyük DƏSTƏK: 4 milyard dollar ayırdıbackend

Çindən Mərkəzi Asiyaya böyük DƏSTƏK: 4 milyard dollar ayırdı

Pekin Mərkəzi Asiya dövlətlərinə 26 milyard yuan (təxminən 3,72 milyard dollar) məbləğində maliyyə dəstəyi və təmənnasız yardım verəcək.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Mərkəzi Asiya-Çin Sammitində çıxışı zamanı Prezident Si Cinpin deyib.

“Biz elm və texnologiya vasitəsilə yoxsulluğun azaldılması sahəsində Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq planları hazırlayacağıq. Çin tərəfindən maliyyələşdirilən müəssisələr daha çox yerli iş yerləri yaratmağa təşviq ediləcək. Çin Mərkəzi Asiya ölkələrinə 26 milyard yuan (təxminən 3,72 milyard ABŞ dolları) maliyyə dəstəyi və qrant verəcək”, – Çin sədri deyib.

O bildirib ki, Pekin Mərkəzi Asiya ölkələrinə müdafiə qabiliyyətini gücləndirməyə kömək etməyə hazırdır:

“Biz Mərkəzi Asiya dövlətlərinə təhlükəsizlik və müdafiə sahəsində potensialını gücləndirməyə kömək etməyə və ölkələri terrorizmlə mübarizə səylərində dəstəkləməyə hazırıq”.

Si Cinpin həmçinin qeyd edib ki, Çin Əfqanıstanın sülh yolu ilə yenidən qurulmasına kömək edəcək.

Qeyd edək ki, mayın 18-19-da Sian şəhərində Si Cinpinin sədrliyi ilə Çin-Mərkəzi Asiya Sammiti keçirilir. Tədbirdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan lideri Sadır Japarov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Türkmənistan lideri Sərdar Berdiməhəmmədov iştirak edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*