Çingiz Abdullayevdən Rasim Məmmədovun həbsi ilə bağlı AÇIQLAMA – “Bu, mənim xoşuma gəlmədi”backend

Çingiz Abdullayevdən Rasim Məmmədovun həbsi ilə bağlı AÇIQLAMA - "Bu, mənim xoşuma gəlmədi"

Xalq yazıçısı Çingiz Abdullayev “ictimai nəzarət koalisiyası” adlı qurumun rəhbəri Rasim Məmmədovun həbsinə münasibət bildirib.

Ç.Abdullayev KONKRET.az-a açıqlamasında bildirib ki,

“Rasim Məmmədov həbs ediləndə mən Bakıda olmamışam. Onu bilirəm ki, məhkəmə olub. Hələlik onun barəsində 3 aylıq həbs qərarı seçilib. Mən dəqiq bilmirəm nə olub. Mən onun həbs videosunu görmüşəm, açığı desəm, xoşum gəlməyib. Nələrin baş verdiyini araşdırırıq”.

Qeyd edək ki, Ç.Abdullayev Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin prezidenti, Rasim Məmmədov isə bu qurumun vitse-prezidentidir.

R.Məmmədov uzun illərdir ki, ölkənin ziyalılarını və sənət adamlarını bu və ya digər yollarla özünün nəzarətində olan təşkilatlara fəxri üzv kimi seçib müəyyən “dividend”lər qazanmağa çalışıb.

Təsadüfi deyil ki, bir müddət əvvəl R.Məmmədovun 55 illik yubileyi ilə bağlı keçirilən tədbirdə Xalq yazıçısı Çingiz Abdullayev, Xalq artisti Flora Kərimova, Xalq artisti Niyammədin Musayev, tarzən Ramiz Quliyev, müğənni Sevda Kazımova və digər tanınmış şəxslər iştirak edib.

Ənvər Şüküroğlu,

KONKRET.az

  • Zaur
    Fevral 10, 2022 - 17:07

    Sənin xoşuna gəlib, gəlməməyinin heç bir əhəmiyyəti yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*