Çinin keçmiş lideri Tszyan Tszemin 96 yaşında ölüb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.
Bildirilib ki, onun ölümünə orqan çatışmazlığı səbəb olub.
Qeyd edək ki, T.Tszemin 1926-cı ildə anadan olub. O, 1993-2003-cü illərdə Çinin lideri olub.