Çinin “uçan avtomobilləri” Dubay səmasında sınaqdan keçirildibackend

Çinin “uçan avtomobilləri” Dubay səmasında sınaqdan keçirildi

Çinin elektrik avtomobilləri üzrə ixtisaslaşmış “Xpeng Inc” kompaniyasının istehsalı olan “uçan avtomobillər” Dubay səmasında sınaqdan keçirilib.

KONKRET.az xəbər verir ki, Dubay sakinləri ikinəfərlik salonu ən modern avtomobillərə uyğun dizayn edilmiş və helikopter pərləri ilə təchiz olunmuş bu nəqliyyat vasitələri ilə göydələnlərin ətrafında uçuşlar həyata keçiriblər.

Cəmi 90 dəqiqə davam edən uçuşlardan sonra jurnalistlərə müsahibə verən “Xpeng Inc” kompaniyasının baş meneceri Minquan Qui bildirib ki, “uçan avtomobillər” tıxac problemi olan meqapolislər üçün ən mühüm nəqliyyat vasitəsi olacaq. Onun sözlərinə görə, ilk sınaq uçuşlarının Dubayda keçirilməsinin səbəbi bu şəhərin müasir texnologiyaların tətbiqi sahəsində qabaqcıl rol oynamasıdır.//AzərTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*