Yaponiyada şüşə burunlu delfin bu il Mihama şəhəri yaxınlığında 18 dəfə insanlara hücum edib.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı NHK telekanalı yayıb.
Mənbə yazır ki, dəniz bioloqlarının fikrincə, bütün hucumlarda günahkar tənha delfindir, çünki o, tənha olduğu və özünə həyat yoldaşı tapa bilmədiyi üçün uyğunsuz davranır.
Keçən il hücumlarda ən azı altı nəfər yaralanıb, bir üzgüçünün isə qabırğası sınıb. Bir uşağın da barmağına ən azı 20 tikiş atılıb.
Mövzunu telekanala müsahibəsində sitologiya professoru Tadamichi Morisaka davam etdirib: “Biz güman edirik ki, bütün hücumları cinsi tələbatını ödəyə bilməyən bir delfin edib, çünki insanlardakı yaralar eyni delfinin məhsuludur”, deyə o, qeyd edib.
Günel Mikayılova,
KONKRET.az