Çıxarışı olmayan sənədsiz evlərlə bağlı VACİB AÇIQLAMA: Bu cür əməliyyatları edə bilməyəcəksinizbackend

Çıxarışı olmayan sənədsiz evlərlə bağlı VACİB AÇIQLAMA: Bu cür əməliyyatları edə bilməyəcəksiniz

Qeydiyyatsız evlərin satılması, bağışlanması və ya ipoteka kimi əməliyyatlarda istifadəsi son vaxtlar əhali arasında tez-tez müzakirə olunur. Bəziləri belə hesab edir ki, çıxarışı olmayan, lakin faktiki mövcud olan tikililərlə də alqı-satqı aparmaq mümkündür. Bəs qanun buna necə yanaşır? Qeydiyyatsız əmlakla bu cür əməliyyatların həyata keçirilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a əmlak məsələləri üzrə ekspert Elnur Azadov açıqlamasında bildirib ki, əmlakın dövlət qeydiyyatının, çıxarışın əldə olunması qanunvericiliyin tələbidir.

İnşaat materiallarının qiymət artımı daşınmaz əmlakların bahalaşmasının əsas səbəbidir…” - Busaat.az

Azadov qeyd edib ki, çıxarışsız (qeydiyyatsız) əmlak istisna halları olmadıqda qanunsuz tikili hesab edilir.

“Qanuni tikilidirsə, tikinti şirkətləri binanın istismara qəbulu aktını alarkən onun müqavilə ilə alqı-satqısını həyata keçirirlər. Müqavilə olmayan yerdə başqa alternativ yoxdur”, — deyə ekspert əlavə edib.

O, vurğulayıb ki, qeydiyyatsız əmlakın alınması və ya satışı qanuna zidd əməliyyat sayılır:

“Belə hallarda dövlət qeydiyyatına alınma baş vermir və vergilərin ödənilməsi də mümkün olmur”.

Ekspertin sözlərinə görə, əmlak alqı-satqısı, bağışlama və ipoteka qoyulması kimi əməliyyatlar üçün mütləq şəkildə dövlət çıxarışının olması vacibdir; əks halda tərəflər gələcəkdə hüquqi mübahisələr və iqtisadi itkilərlə üzləşə bilərlər.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*