Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az-ın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F. İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, F. İsmayılov Bakının Sabunçu rayonu ərazisində heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və həmin şəxslər azad edilib.
F. İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 144-1-ci (insan alveri) maddələri ilə ittiham elan edilib.