COP29 zamanı Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaqbackend

COP29 zamanı Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq

Gələn ay Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq Şura iclasında iştirak edəcək bəzi şəxslər dedikləri və ya yazdığı sözlərə görə məsuliyyət daşımayacaq.

KONKRET.az xəbər verir ki, bu, Milli Məclisin oktyabrın 8-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Belə ki, Təmiz İnkişaf Mexanizmi (TİM) İdarə Heyətinin üzvləri və Şuranın iclasında iştirak edən ehtiyat üzvlər dedikləri və ya yazdığı sözlərə və TİM-in görüşündə iştiraklarla bağlı vəzifə səlahiyyətləri çərçivəsində etdikləri hər hansı hərəkətə görə məhkəmə prosesinə cəlb olunmayacaq.

Eyni zamanda müşahidəçi təşkilatların nümayəndələri sessiyaqabağı görüşlərdə, konfransda, eləcə də çərçivə konvensiyası görüşlərində iştirakları ilə bağlı danışdıqları və ya yazdığı sözlərə və onların öz fəaliyyətləri ilə əlaqədar həyata keçirdikləri hər hansı hərəkətlərə görə də məsuliyyətdən azaddırlar.

Həmçinin sessiyaqabağı görüşlərdə iştirak üçün katiblik tərəfindən akkreditə olunmuş və yaxa kartları verilmiş iştirakçılar da dediyi və ya yazılı sözlər, həyata keçirdikləri hər hansı hərəkətə görə məhkəmə prosesinə cəlb olunmayacaq.

Qeyd edək ki, beynəlxalq tədbir noyabr ayının 11-22 noyabr tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək.(report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*