Corc Soros Krım körpüsünün dağıdılmasını növbəti addım adlandırıb.
KONKRET.az xəbər verir ki, Soros “Project Syndicate”də dərc olunan məqaləsində “İndi hədəf Rusiya donanmasının əsas bazası olan Krım yarımadası olmalıdır”- yazıb.
Onun sözlərinə görə, quru körpüsü dağılarsa, Krım su təchizatında Ukraynadan asılı olacaq. Yarımadada suyun olmaması Kiyev rejiminə Kreml üzərində təsir rıçaqlarını artıracaq.
Rəsmiyyə Şərifova,
KONKRET.az