Çörəyi dizi üstündə olan xalq: İrəvanda növbəti antirusiya yürüşü keçirildi – VİDEObackend

Çörəyi dizi üstündə olan xalq: İrəvanda növbəti antirusiya yürüşü keçirildi - VİDEO

İrəvanda Milli Demokratik cinahın rəhbərliyi ilə millətçilərin məşəl yürüşü keçirilib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, dünən rusların strateji tərəfdaşı və “sadiq dost” olan Ermənistanda, nasistlər məşəl yürüşü keçiriblər. Yürüşdə Rusiya əleyhinə şüarlar, həmçinin plakatlarda Rusiyanın prezidenti Vladimir Putinin şəkli qan içən obrazında təqdim olunub.

Yürüşdə antirusiya mövqeyi və çıxışları ilə tanınan “Sasna Çrer” radikal qruplaşmasının üzvü Vahe Qasparyan başda olmaqla bir sıra tanınmış çəxslər iştirak edib.

Mitinq Rusiya əleyhinə olmaqla yanaşı, iştirakçılar Putinin portretini Ermənistanın digər keçmiş liderləri ilə bərabər şəkildə təsvir ediblər.

Nankorluğun düzgün təcəssümü bu mitinqdə daha aydın görünür. 44 günlük müharibədən 20-25 minlik ordusunun salamat çıxmasının və indi Qarabağda rahat yaşamalarının səbəbkarı Rusiyanı indi satqın adlandıran xalqdan hər nə desən gözləmək olar.

Yürüşdə “arsax” bayrağının olmaması o anlama gəlir ki, artıq ermənilər Qarabağın həqiqi sahibini tanıyırlar. İran bayrağının qaldlrılması isə rusdan çox farsa etibar etdiklərini bir daha isbat edir.

Yürüşdən videonu təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

  • Garachanta
    Dekabr 12, 2021 - 19:48

    İT İTİN AYAĞINI BASMAZ…BU DA BİR HİYLƏDİR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*