COVID-19 qurbanlarının sayı 760 mini ötdü – STATİSTİKAbackend

COVID-19 qurbanlarının sayı 760 mini ötdü - STATİSTİKA

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saatda dünyada koronavirusa 286 min 713 yeni yoluxma və 6 713 ölüm faktı qeydə alınıb.

Bildirilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 730 456-ya, ölənlərin sayı isə 751 154-ə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*