“Bu vəziyyətdən yalnız bir çıxış yolu var – hakimiyyət dəyişikliyi”.
KONKRET.az xəbər verir ki, bu fikirləri “Ermənistan” blokunun deputatı İşxan Saqatelyan Qeqarkunik rayonunun sakinləri ilə görüşündə səsləndirib.
O bildirib ki, Paşinyan, həyat yoldaşı və onların komandası hər gün xalqı inandırır ki, biz zəif, aciz millətik. Biz fərariyik, orduya xəyanət etmişik, 11 min fərarimiz var.
“Bu, ona görə edilir ki, məğlubiyyəti özlərindən uzaqlaşdırsınlar, xalqı aşağılasınlar. Məqsədləri xalqı sındırmaqdır ki, “siz zəifsiniz, bacarıqsızsınız, fərarisiniz, birinci müharibədə də təsadüf nəticəsində qalib olmusuz”. Niyə bunu edirlər, ölkəni kapitulyasiyaya aparırlar?Ermənistan Respublikasının vətəndaşı onların nə işlə məşğul olduqlarını soruşduqda, cavab verirlər ki, başqa variant yoxdur. “Hətta sağ olun ki, İrəvanı təslim etməmişəm”, – deyə İşxan Saqatelyan bildirib.
Günel Mikayılova,
KONKRET.az