Çoxuşaqlı ailədən neçə uşağa müavinət verilir? – STATİSTİKAbackend

Çoxuşaqlı ailədən neçə uşağa müavinət verilir? - STATİSTİKA

Hazırda Azərbaycanda 6 və daha çox uşağı olan ailələr çoxuşaqlı ailələr hesab olunur.

Prezident İlham Əliyevin 13 yanvar 2023-cü ilil tarixli Fərmanı ilə 5-dən çox uşağı olan qadınlara sosial müavinətin məbləği müəyyən edilib. Fərmanda bildirilir:

“Beşdən çox uşağı olan qadınlara sosial müavinətin aylıq məbləği hər uşaq üçün 105 (yüz beş) manat müəyyən edilsin”.

Bu o deməkdir ki, məsələn, ailədə 18 yaşına çatmamış 6 uşaq varsa, həmin ailəyə aylıq 630 manat (hər uşaq üçün 105 manat) müavinət ödənilməlidir.

Bəs hazırda çoxuşaqlı ailələrdə neçə uşağa müavinət verilir?

KONKRET.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü il oktyabrın 1-nə 1177 uşağa ayda 105 manat müavinət verilir.

Bunlar 5-dən çox uşağı olan ailənin uşaqlarıdır.

2019-cu ildə keçirlimiş əhalinin siyahıyaalınması zamanı 6 və daha çox uşağı olan 16169 ailə qeydə alınıb.

Çoxuşaqlı ailələrdən 7169-u şəhər yerlərində, 9000-i isə kənd yerlərində yaşayır.

Son siyahıyaalınma zamanı Azərbaycandakı çoxuşalı ailələr uşaqların sayına görə aşağıdakı rəqəmlərdə əks olunub:

6 uşaqlı – 9332 ailə
7 uşaqlı – 3565 ailə
8 uşaqlı – 1748 ailə
9 və çox uşaqlı – 1524 ailə.

  • Şirəli Ağazadə
    Yanvar 8, 2024 - 03:02

    Salam 6 az yaşlı uşaq atasıyam 5 dən cox uşağa görə verilən müavinətimizi kəsiblər noyabr ayından almırıq bərpa da eləmirlər bütün dövlət orqanlarına müraciət elədim hamısından imtina gəldi 4 oğul 2 qız böyüdürəm

  • Bahruz Sultanov
    May 19, 2024 - 01:43

    4usagi olana muavinet var?

Bahruz Sultanov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*