Cuneyit Terkuranın rəhbərlik etdiyi şirkət məhkəmə qarşısında – Bu tarixdə…backend

Cuneyit Terkuranın rəhbərlik etdiyi şirkət məhkəmə qarşısında - Bu tarixdə...

“Beta-Azərbaycan” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

KONKRET.az xəbər verir ki,sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə oktyabrın 23-də baxılacaq.

Xatırlatma: MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

Qeyd: MMC-nin qanuni təmsilçisi Cuneyit Terkurandır. Şirkət çay idxalı ilə məşğuldur.//Pravda.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*