Dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi – FOTOLARbackend

Dağ süxurunu daşıyanlar məsuliyyətə cəlb edildi - FOTOLAR

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin  əməkdaşlarının keçirdikləri monitorinq zamanı rayonun Əmirvar kəndi ərazisində qanunsuz olaraq “Kamaz” markalı yük avtomobili ilə  dağ süxurunun daşınması fakt aşkarlanıb. Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci ( İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib olunub.

Bundan başqa şöbə əməkdaşlarının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı regional idarəsinin əməkdaşları ilə birlikdə keçirdikləri monitorinq zamanı rayonun Quşçu kəndi qalaqlanmış və yandırılmış məişət tullantıları aşkarlanıb. Faktla ETSN-in əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*