Etimad xətti yaradıldıbackend

Etimad xətti yaradıldı

Prokurorluq orqanlarının fəaliyyətində operativliyin təmin edilməsi, vətəndaşların məmnunluq səviyyəsinin yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülməkdədir.

KONKRET.az xəbər verir ki, həyata keçirilən tədbirlərin davamı kimi Baş prokurorun tapşırıq və tövsiyələri əsasında Hərbi prokurorun təşəbbüsü və rəhbərliyi ilə Hərbi Prokurorluqda həyata keçirilən köklü və intensiv islahatlar çərçivəsində, Silahlı Qüvvələrdə korrupsiyaya qarşı mübarizə və ona şərait yaradan halların aradan qaldırılması, şəffaflığın artırılması, hərbi qulluqçular və onların ailə üzvləri ilə Hərbi Prokurorluq arasındakı etimadın möhkəmləndirilməsi, cinayətkarlığa və digər qanun pozuntularına qarşı tədbirlərin çevikliyini, vətəndaşların hüquqlarının daha etibarlı müdafiəsini, eləcə də müraciət imkanının asanlaşdırılmasını, bir sözlə, istənilən neqativ halın və ağır nəticənin vaxtında qarşısının alınmasını təmin etmək məqsədi ilə “962” Etimad xətti yaradılıb.

Aşkarlığın, əlçatanlığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Xəttə müraciətlərin qeydə alınması və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.

  • Aysel
    Avqust 20, 2026 - 20:10

    Writing
    Hörmətli cənab Anar Bayramov!
    Ədalətli və obyektiv yanaşmanıza, insan amilinə verdiyiniz dəyərə güvənərək, mənim üçün həm peşəkar, həm də mənəvi baxımdan həssas olan bir məsələ ilə bağlı şəxsən Sizə müraciət etmək qərarına gəldim.
    Həkimlik mənim üçün yalnız peşə və vəzifə deyil, eyni zamanda böyük məsuliyyət və insan qarşısında xidmətdir. Pasiyentə hörmət göstərilməsini nə qədər vacib hesab edirəmsə, həkimin də şəxsiyyətinin, ləyaqətinin və peşə nüfuzunun qorunmasını bir o qədər vacib hesab edirəm.
    Təəssüf ki, 20.08.2026-cı il tarixində çalışdığım tibb müəssisəsində baş vermiş hadisə məndə bu prinsiplərin qorunmadığına dair ciddi narahatlıq yaradıb. Məhz buna görə məsələyə obyektiv yanaşacağınıza ümid edərək baş verənləri diqqətinizə çatdırmaq istəyirəm.
    20.08.2026-cı il tarixində iş vaxtı ərzində qısa müddətə fizioloji zərurətlə əlaqədar olaraq iş yerimdə olmadığım zaman pasiyent kabinetə yaxınlaşmış və məni yerimdə tapmamışdır. Bununla əlaqədar pasiyent direktorun terapevtik işlər üzrə müavininə müraciət etmiş, daha sonra mən də həmin kabinetə çağırılmışam.
    Görüş zamanı pasiyent rəhbər şəxsin yanında mənim ünvanıma “Sən qramotnı (грамотный – savadlı) həkimə oxşamırsan”, “onsuz da sənə müayinə olunmayacağam”, “səni burada işləməyə qoymayacağam, şikayət edəcəyəm” məzmunlu ifadələr işlətmişdir.
    Pasiyentin tibbi xidmətdən narazılığını və müəssisə rəhbərliyinə şikayət etmək hüququnu tam şəkildə qəbul edirəm. Lakin şikayət hüququnun həkimin şəxsiyyətinin, peşəkarlığının və peşə nüfuzunun alçaldılması formasında həyata keçirilməsini qəbuledilməz hesab edirəm.
    Xüsusilə qeyd etmək istəyirəm ki, hadisə rəhbər vəzifəli şəxsin iştirakı ilə baş vermiş, lakin mənim ünvanıma səsləndirilən təhqiramiz və hədələyici xarakterli ifadələrə münasibətdə həkimin peşə nüfuzunu və ləyaqətini qoruyan adekvat müdaxilə edilməmişdir. Əksinə, yaranmış konflikt şəraitində pasiyentə mənim onu müayinə edəcəyim bildirilmişdir.
    Baş vermiş hadisə mənə ciddi mənəvi və psixoloji təsir göstərmişdir. Mən həkim olaraq pasiyentə hörmətlə yanaşmağı, tibbi etika və deontologiya prinsiplərinə riayət etməyi öz peşə borcum hesab edirəm. Lakin eyni zamanda həkimin də şəxsiyyətinə, ləyaqətinə və peşə nüfuzuna hörmət olunmasını fundamental iş prinsipi hesab edirəm.
    Yuxarıda qeyd olunanları nəzərə alaraq, mümkün olduğu təqdirdə mənim həkimin şəxsiyyətinə, ləyaqətinə və peşə nüfuzuna hörmətin, həkimin təhqir və psixoloji təzyiq altında tibbi xidmət göstərməyə məcbur edilməməsinin prioritet hesab edildiyi digər TƏBİB tabeli tibb müəssisəsinə yerdəyişməyim məsələsinə baxılmasını xahiş edirəm.
    Şəxsiyyətimə və peşə ləyaqətimə hörmət edilmədiyini hiss etdiyim, pasiyent qarşısında təhqir və psixoloji təzyiqə məruz qaldığım halda belə müdafiəsiz buraxıldığım iş mühitində fəaliyyətimi davam etdirmək mənim üçün mənəvi və peşəkar baxımdan olduqca çətindir.
    Mənim istəyim yalnız həkim kimi peşə fəaliyyətimi normal, qarşılıqlı hörmətə əsaslanan və tibb işçisinin ləyaqətinin də qorunduğu sağlam iş mühitində davam etdirməkdir.
    Bu səbəbdən yerdəyişmə ilə bağlı müraciətimin nəzərə alınmasını və imkan daxilində müvafiq TƏBİB tabeli tibb müəssisəsinə keçirilməyimə köməklik göstərilməsini Sizdən xahiş edirəm.
    Hörmətlə,
    Sabunçu Tibb Mərkəzi
    Terapiya şöbəsinin həkim-revmatoloqu,
    Revmatologiya Akademiyasının İdarə Heyətinin üzvü – Regional Koordinator
    Aysel Ədilova

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*