Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyi ilə birlikdə Dağıstanın Mahaçqala şəhərində terror aktının qarşısını alıblar.
KONKRET.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Qrup iştirakçıları Dağıstan Respublikası Daxili İşlər Nazirliyinin hüquq-mühafizə binalarının birində partlayış keçirməyi, bundan əlavə nazirlik əməkdaşlarına hücum etməyi planlaşdırırdı”, – deyə Federal Təhlükəsizlik xidmətinin məlumatında bildirir.
Qeyd olunur ki, “İslam dövləti” beynəlxalq terror təşkilatının dörd üzvü nəzarət altına alınıb. Onların konspirativ evində gizli saxlanılan odlu və soyuq silah, telefonlarında isə xarici koordinatorlarla yazışmalar aşkar edilib.