Pentaqon bölgədə ABŞ qüvvələrinin müdafiəsini gücləndirmək üçün Yaxın Şərqə daha 900 əsgər yerləşdirəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
Rayderin sözlərinə görə, göndərilən bölmələr İsrailə yerləşdirilməyəcək. Onların vəzifəsi regional çəkindirmə səylərini dəstəkləmək və ABŞ qüvvələrinin müdafiə imkanlarını daha da artırmaqdır.
Qeyd edək ki, Pentaqon daha əvvəl THAAD və Patriot sistemlərinin bölgəyə yerləşdirildiyini açıqlamışdı.
Ariz Həsənoğlu,
KONKRET.az