Daha bir Avropa ölkəsi 3-cü dünya müharibəsinə hazırlaşır – Türkiyənin savaş şərhi qitəni təşvişə saldıbackend

Daha bir Avropa ölkəsi 3-cü dünya müharibəsinə hazırlaşır - Türkiyənin savaş şərhi qitəni təşvişə saldı

Türkiyə Milli Müdafiə Nazirliyinin dünən verdiyi “Üçüncü Dünya Müharibəsi” açıqlamasının ardından bir Avropa ölkəsi təşvişə düşüb.

KONKRET.az xəbər verir ki, Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi və Çinin regionda hərəkətliliyinin getdikcə artdığı bir vaxtda dünyanın müxtəlif yerlərində gərginliyin artması beynəlxalq ictimaiyyətdə Üçüncü Dünya Müharibəsinin başlayacağı ilə bağlı şərhlərə səbəb olub.

Ötən həftə Xarici İşlər Naziri Hakan Fidanın gündəmə gətirdiyi Üçüncü Dünya Müharibəsi bəyanatından sonra Milli Müdafiə Nazirliyi də öz açıqlaması ilə bunu dəstəkləyib: “Ölkəmiz başda olmaqla, heç kim Üçüncü Dünya Müharibəsi kimi qaranlıq bir mənzərə istəmir. Amma qeyd etmək lazımdır ki, Ordumuz hər cür ssenariyə hazırdır”.

Türkiyənin bu reaksiyası Avropada vəziyyətin ciddiliyini ortaya qoyan bir gedişə səbəb olub.

Dünyanın ən gözəl ölkələrindən biri olan Norveç mümkün 3-cü Dünya Müharibəsi ilə bağlı narahatlıqlar səbəbilə taxıl saxlama prosesini sürətləndirib.

İngilis mediasında yer alan xəbərlərdə deyilir ki, Norveç 2029-cu ilə qədər təxminən 82 min 500 ton taxıl ehtiyatı saxlamağı hədəfləyib. Hesablanıb ki, ağıla gəlməyən bir fəlakət zamanı ölkə əhalisi bu taxılla yalnız 3 ay qidalana bilər.

Rəsmi məlumatlara görə, Norveç hökuməti 2024 və 2025-ci illərdə 30 min ton taxıl saxlamaq üçün dörd ölkə ilə müqavilə imzalayıb. Norveçin kənd təsərrüfatı və ərzaqdan məsul naziri Qeyr Pollestad deyib ki, “Təcili taxıl ehtiyatlarının yaradılması ağlasığmaz şeylərə hazır olmaqdır”.

Norveçin maliyyə naziri Triqve Slaqsvold Vedum isə bəyan edib ki, “Beynəlxalq ticarət sistemlərində böyük pozuntular və ya milli istehsalın uğursuzluğu halında əlavə təhlükəsizlik səviyyəsi olmalıdır. Bu, hökumətin milli hazırlığı gücləndirmək səylərinin mühüm hissəsidir”.

Norveçin 2029-cu ilə qədər ehtiyatlarını artırmağı hədəflədiyi bildirilsə də, Skandinaviya ölkəsindən açıqlama Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında imzalanan əməkdaşlıq razılaşmalarından sonra gəlib.

Görünən odur ki, dünya ölkələri, xüsusilə Avropa 3-cü dünya müharibəsinin başlanacağı haqqında daha çox danışmağa başlayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

  • Beyler
    İyun 29, 2024 - 13:15

    Norveçin taxıl ehtiyatı toplaması Ukrayna Rusya müharibesinin neticesine hesablanıb. Ukrayna’nın taxıl istehsal eden erazılerinin Rusiya erazılerine qatılacagı teqdirde qida felaketi neftqaz felaketini de üsteleye biler.

  • Azər
    İyun 29, 2024 - 14:11

    Hər ay ərzağın qiyməti süni surətdə qaldırılan Azərbaycanda görəsən nə vaxt ehtiyat tədbirlərini görəcəklər?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*