Daha bir avtobusda gediş haqqı kartla ödəniləcəkbackend

Daha bir avtobusda gediş haqqı kartla ödəniləcək

Sabahdan 40 nömrəli marşrut xətti (Günəşli qəsəbəsi – Sabunçu qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə aşağıda qeyd olunan ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb. Bununla yanaşı, sərnişinlər istifadə etdikləri “BakıKart”ın balansını https://online.bakikart.az portalından onlayn qaydada artıra bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*