Daha bir ölkə avroya KEÇİRbackend

Daha bir ölkə avroya KEÇİR

Macarıstan 2024-cü ilin sonuna kimi Avrozonaya daxil olmağa hazır olacaq.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu proqnozu Macarıstan Maliyyə Şurasının sədri Arpad Kovaç bildirib.

“Macarıstan 2024-cü ilin sonuna kimi Maastrixt kriteriyalarına cavab verə biləcək”, – o deyib.

Məlumata görə, belə meyarlar 1992-ci il tarixli Avropa İttifaqı haqqında Müqavilə ilə müəyyən edilir. Onlar maliyyə sisteminin sabitliyini qiymətləndirirlər.

Kovaçın sözlərinə görə, 2024-cü ilin yayına qədər Macarıstanda istehlak qiymətlərinin artımı 3%-ə, dövlət borcu isə ÜDM-in 70%-dən aşağı düşəcək.

Qeyd edək ki, Macarıstan 2004-cü ildə Aİ-yə üzv olduqdan sonra Avrozonaya daxil olmaq məsələsi onun qarşısındadır. Hökumət dəfələrlə bəyan edib ki, ölkə bunu edə bilməz, çünki iqtisadi rəqabətə tab gətirməyəcək.

Xatırladaq ki, Aİ daxilində fəaliyyət göstərən ittifaq rəsmi valyutası avro olan 20 ölkəni birləşdirir. Macarıstandan başqa, Bolqarıstan, Danimarka, Polşa, Rumıniya, Slovakiya, Çexiya və İsveç hələ də Aİ üzvləri arasında vahid valyutadan istifadə etmir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*