Daha bir ölkədə 4 günlük iş rejimibackend

Daha bir ölkədə 4 günlük iş rejimi

Belçikada işçilərə həftədə 5 deyil, 4 gün işləməyə imkan verən təcrübə bu gündən başlayıb.

KONKRET.az-ın xarici mediaya istinadən məlumatına görə, Belçikada koalisiya hökumətini quran partiyaların iyun ayında iş həyatında islahatlarla bağlı razılığa gəlməsindən sonra tənzimləmə bu gün qüvvəyə minib.

Tənzimləmə ilə işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi istəsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcək.

Bu fürsətdən yararlana bilənlər həftə sonu 3 günlük məzuniyyət götürə və ya həftə ərzində əlavə 1 günlük məzuniyyətdən istifadə edə biləcəklər. Bu fürsət işəgötürənlə razılaşma nəticəsində 6 ay davam edə və müqavilə 6 ayın sonunda qarşılıqlı razılaşma ilə davam etdirilə bilər.

İşəgötürənlərin belə bir tələbdən imtina etmək hüququ var. Bununla belə, imtinanın üzrlü səbəbə əsaslanması tələb olunur.

Bəzi təşkilatlar praktikanı tənqid edir və iş yerləri baxımından iş yükünün 5 günə deyil, 4 günə cəmlənməsinin nöqsanlarına diqqət çəkirlər. Bundan əlavə, işçilərin uzun saatlar işlədikdən sonra evə gedən zamanla birlikdə evdən kənarda uzun müddət qala biləcəyi və bunun mənfi təsirləri ola biləcəyi ifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*