Daha bir ölkədə dərslər başladı – VİDEObackend

Daha bir ölkədə dərslər başladı - VİDEO

Vyetnamda həyat tam bərpa olunur. Şagirdlər məktəbə qayıdır.

KONKRET.az xəbər verir ki, Vyetnamda iki həftədir koronavirusa nadir yoluxma halı qeydə alınır. Hər halda, hökumətin məlumatlarında belə deyilir. Buna görə də məktəblərin fəaliyyətinin bərpası qərara alınıb.

“Euronews”un reportajında Hanoyda şagirdlərin məktəbə necə daxil olması göstərilir. Əvvəlcə onların temperaturu yoxlanılır. Hamıdan maska taxmaq tələb olunur. Sinif otaqlarında sosial məsafə qorunur. Müəllimlər və şagirdlər dərslərə başlamazdan əvvəl dezinfeksiya prosesini həyata keçirir.

Vyetnamda indiyə qədər 271 nəfərdə infeksiya aşkarlanıb. Heç bir pasiyentin həyatını itirmədiyi bildirilir. Vyetnam Səhiyyə Nazirliyi 156 nəfərin tam sağaldığını iddia edir. Dünən cəmi 1 nəfərin virus testi müsbət nəticə verib. Bu gün virusa yoluxan olmayıb.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*