Daha bir şəhidimiz dəfn olunacaqbackend

Daha bir şəhidimiz dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

KONKRET.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

İtkin-şəhid hərbçi Ələsgərov Fuad Cəfər oğludur.

Onun nəşinin qalıqları sabah saat 15.00-da Tovuz rayonu Ağbaşlar kənd qəbiristanlığında dəfn olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*