Azərbaycanın daha bir tanınmış bədii gimnastı Zeynəb Hümmətova karyerasını başa vurduğunu açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bu gün Bakıda keçirilən bədii gimnastika üzrə “Qış nağılı” beynəlxalq turniri zamanı idmanla vidalaşacaq.
Ötən gün Avropa üçüncüsü, IV və V İslam Həmrəyliyi Oyunlarının qalibi, “Tokio-2020” və “Paris-2024” Yay Olimpiya Oyunlarının iştirakçısı olan Azərbaycanın bədii gimnastı Zöhrə Ağamirova da karyerasını bitirdiyini açıqlayıb.
Qeyd edək ki, 2015-ci ildən Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən 25 yaşlı Z.Hümmətova dünya çempionatının bürünc, Avropa çempionatının qızıl, gümüş və yeddiqat bürünc mükafatçısıdır.