Daha iki rayonda məktəblər koronavirusa görə BAĞLANDIbackend

Daha iki rayonda məktəblər koronavirusa görə BAĞLANDI

Koronavirus infeksiyası səbəbindən daha  iki rayonun orta məktəblərində əyani təhsil dayandırılıb.

KONKRET.az xəbər verir ki, bu məktəblərdən biri Kürdəmir rayon Qarasu kənd orta məktəbidir.

Belə ki, müəllimlərdən birinin koronavirus testinin nəticəsinin pozitiv olması ilə əlaqədar bu gündən həmin təhsil müəssisəsində tədris 14 gün distant formada davam edəcək.

Qeyd edək ki, bundan bir neçə gün əvvəl rayonun 1 saylı orta məktəbində koronavirus infeksiyasına görə məktəbin 2 b sinfi bağlanmışdı.

 

Koronavirus infeksiyası səbəbindən Ağdaş şəhərində yerləşən Bəkir Nəbiyev adına tam orta məktəb də distant təhsilə cəlb olunub.

Məlumata görə, təhsil müəssisəsində 2 şagird və 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxdığı üçün Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.

Qeyd edək ki, 2020-2021 ci tədris ilində rayon üzrə təhsil müəssilərində bu günə kimi 35 şagirdə, 9 müəllimdə COVID-19 virusu aşkar edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*