“Bu adamın (Paşinyanın-red) baş nazir qalmasına imkan versək, o zaman biz xalq və dövlət olaraq ayaqda qala bilməyəcəyik”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
“Dövlətlər daxildən dağılır, xarici təhlükələr yalnız prosesi sürətləndirir. İndi biz içəridən dağılırıq, bu adama və onun ətrafına hər şeyi etməyə icazə veririk.
Düşünməyin ki, “Artsax”ın süqutundan sonra biz eyni ərazidə birgə yaşaya biləcəyik, daxili düşmənçiliyimiz bütün qırmızı xətləri keçəcək və bu, bizə birlikdə yaşamağa imkan verməyəcək. Ona görə də bir araya gəlməliyik və bu çağırışın vaxtı yaxınlaşır”, – deyə o bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az