Danielyan: “İsrail İranın diplomatik missiyasını bombaladı, amma BMT bunu qınamadı”backend

Danielyan: “İsrail İranın diplomatik missiyasını bombaladı, amma BMT bunu qınamadı”

“Bu yaxınlarda böyük nəticələrə səbəb olacaq iki mühüm hadisə baş verdi”.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan özünün Facebook səhifəsində yazıb.

“1. İsrail dövləti başqa bir dövlətin, İranın diplomatik missiyasını bombaladı, amma BMT Təhlükəsizlik Şurası bunu qınamadı. Əvvəllər bunu yalnız terror təşkilatları edirdi. Başqa sözlə, Vyana Konvensiyalarının heç bir əhəmiyyəti yoxdur.

İran İsrailə öz vəkilləri vasitəsilə deyil, birbaşa hücumla cavab verdi. Bu da yeni keyfiyyətdir. Yeri gəlmişkən, İsrailin strateji sponsoru olan ABŞ İrana qarşı cavab tədbirləri görməyib”, – deyə o yazıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*