Danielyan: “Paşinyanın vaxtı çatdığına görə siyasətdən uzaqlaşdırıldı”backend

Danielyan: "Paşinyanın vaxtı çatdığına görə siyasətdən uzaqlaşdırıldı"

“Görünən odur ki, Putin və Ərdoğanın Soçidə, İran və Türkiyə XİN başçılarının Tehran görüşlərində  regionun gələcək arxitekturasına dair təmas nöqtələri olub. Paşinyan artıq bu məntiqə uyğun gəlmir və təbii olaraq siyasətdən uzaqlaşdırıldı. Artıq onun xidmətlərinə də ehtiyac duyulmur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməni siyasi analitik Stepan Danielyan yazıb.

“Bu toplantılardan sonra Rusiyada Ermənistanın mövcud hakimiyyətinə qarşı bənzəri görünməmiş tənqidlərin səsləndirilməsi təsadüfi deyil. Paşinyan artıq onlarla tərəfdaş deyil və bunun nəticələri var.

Ermənistanın baş naziri kimi özünün şəxsi fəlakətini gözləyir və nə qədər NATO-dan xilasedici kimi yapışmağa çalışsa da, artıq onun vaxtı başa çatıb”, – deyə Danielyan vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*