“Türkiyə, Rusiya və İran arasında geosiyasi fikir ayrılıqları çoxdur. Bu ölkələr əsrlər boyu bir-biri ilə qanlı müharibələr aparsalar da, onların həmişə birləşdiyi bir məsələ olub. Bu, Qərbin Cənubi Qafqaza nüfuz etməsinin qarşısını almaqdır”.
KONKRET.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan sosial şəbəkələrdə yazıb:
“1920-ci ildə biz bunun necə işlədiyini gördük və o vaxtkı Ermənistanın bizə baha başa gələn əsas səhvi bu sadə həqiqəti düzgün anlamaması idi. Bu gün də oxşar səhvin təkrarlanmasına cəhd edilir ki, bu da yaxın gələcəkdə Ermənistanın sonu ilə nəticələnə bilər.
“Rusiya və Türkiyə arasında digər problem Qara dənizə birgə nəzarətdir. Onlar üçün bu, milli təhlükəsizlik məsələlərindən irəli gələn strateji məqsəddir.
Onlar heç bir təhlükəsizlik zəmanəti vermədən bizi İran və Rusiya ilə düşmən etmək istəyirlər. Türkiyə və Azərbaycan öz əsas məqsədlərinə çatmaq üçün bundan bizə qarşı istifadə edir, Ermənistanın İran və Rusiyaya təhlükəli qeyri-adekvatlığını göstərməyə çalışır”.
Rəsmiyyə Şərifova,
KONKRET.az