“Azərbaycanın sərhədçiləri hər şeylə silahlanıb və həmin ərazilərdə fəal tikinti işləri gedir. Belə olan halda, bu hakimiyyətin dediklərinə necə inanmaq olar?”.
KONKRET.az xəbər verir ki, bu sözləri parlamentin “Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan deyib.
“Regionu irimiqyaslı müharibə gözləyir. Ermənistan rəhbərliyinin isə heç nə vecinə deyil, onlar üçün şən və xoşbəxt günlər davam edir.
Xatırladım ki, Ermənistanın borcu 12 milyard dolları keçib. Paşinyanın hakimiyyəti dövründə Ermənistanın dövlət borcu iki dəfə artıb. Adam kənd təsərrüfatı krediti götürüb, amma evinə soba, televizor alır. Belə davam edərsə, dövlət borcu daha da artacaq”.
Deputatın fikrincə, görünən odur ki, Ermənistanın heç bir şansı olmayacaq: “Əslində Əliyevin daha bir tələbi yerinə yetirilir: sərhədçilər Ermənistanın sərhədlərini qorumalı, ordunun sayı azaldılmalıdır. Rəsmi Bakı tələb edir ki, azərbaycanlılar gəlib burada məskunlaşsınlar. Bütün bunların nəticəsində Ermənistan bundan sonra necə ayaqda qalacaq? Ermənistan hakimiyyəti istər-istəməz dövlətimizin parçalanmasına gətirib çıxaracaq yolla gedir”.
Natiq Səlim,
KONKRET.az