“Putin Hitlerin əkizidir, o da belə öləcək”.
KONKRET.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksey Danilov “The Sun”a müsahibəsində deyib.
“Ukrayna tankları Qırmızı Meydanda olanda müharibə bitəcək.
Rusiya Federasiyası özünü məhv edir və Putin Rusiyanı məhv edən adam kimi tarixdə qalacaq.
Yaxın 12 ay ərzində Rusiya parçalanacaq. Bu qaçılmazdır”, – deyə o bildirib.
Bundan əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri hesab edir ki, “Putin Hitlerin əkizidir və o da eyni şəkildə öləcək”.
Danilov əmindir ki, “Kreml Rusiyada qələbə illüziyası yaratmaq üçün Ukraynanı Şimali və Cənubi Koreya kimi bölməyi planlaşdırır”.
Xuraman Etibarlı,
KONKRET.az