Rusiyanın Nijni Novqorod şəhərində Daxili İşlər Nazirliyinin mayoru Olqa Molodçenkova vəhşicəsinə qətlə yetirilib.
KONKRET.az xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən mərhumun əri saxlanılıb. O, dindirilmə zamanı bildirib ki, oktyabrın 25-də həyat yoldaşı ilə mübahisə zamanı əsəbiləşib.
Cütlüyün boşanma prosesi gedirmiş. Bu dəfə onların arasında əmlak bölgüsünə görə güclü mübahisə yaranıb və həmin şəxs Olqanın sinəsindən bıçaqlayıb. Polis əməkdaşı aldığı xəsarətlərdən dünyasını dəyişib.
İzlərini gizlətməyə çalışan əri onun cəsədini Oka çayının sahilinə çıxararaq basdırıb. Saxlandıqdan sonra həmin şəxs törətdiyi cinayəti etiraf edib və meyiti gizlətdiyi yeri göstərib.
İstintaq Komitəsi adam öldürmə maddəsi ilə cinayət işi açıb../ajansaz