DÇ-2022: Dünya çempionu Argentina OLDUbackend

DÇ-2022: Dünya çempionu Argentina OLDU

Qətərdə keçirilən dünya çempionatının Argentina ilə Fransa arasında oynanılan final matçında qalib Argentina olub.

KONKRET.az xəbər verir ki, cənubi amerikalılar Qətərdə keçirilən dünya çempionatının finalında Fransaya qalib gələrək qalib olublar.

Matçın əsas vaxtında tərəflər hərəyə iki, əlavə vaxtda isə bir dəfə fərqlənib və oyun 3:3 hesabı ilə başa çatıb.

Qalibi müəyyən etmək üçün 11 metrlik cəribə zərbələrinə ehtiyac yaranıb.

Burada daha dəqiq oynayan Argentina dünyanın ən güclüsü adına sahib çıxıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*