DÇ-2022: Qətərdə Maradonanın xatirəsi yad edildibackend

DÇ-2022: Qətərdə Maradonanın xatirəsi yad edildi

Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın xatirəsi yad edilib.

KONKRET.az “Associated Press”ə istinadən xəbər verir ki, veteran hücumçunun ölümünün 2-ci ildönümü ilə bağlı keçirilən tədbirdə FIFA prezidenti Canni İnfantino da iştirak edib.

Funksioner bildirib ki, Maradona ölməzdir və hələ heç kim insanlara idman sevgisini aşılamaq üçün onun qədər iş görməyib: “Dieqo hələ də bizimlədir”.

Mərasimə Argentina yığmasının üzvləri, təşkilat komitəsinin rəsmiləri və digər qonaqlar da qatılıb.

Qeyd edək ki, Dieqo Maradona 2020-ci il noyabrın 25-də vəfat edib. 1986-cı il dünya çempionatının qalibi olmuş mərhum hücumçu XX əsrin ən yaxşı futbolçularından biri hesab edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*