“Dədə” Suleymanın qızı: “Atamla vida mərasimi olmayacaq”backend

“Dədə” Suleymanın qızı: "Atamla vida mərasimi olmayacaq"

Xəbər verdiyimiz kimi, “Dədə” ləqəbi ilə incəsənət aləmində məşhurlaşan Əməkdar artist Süleyman Abdullayev bu gün uzun sürən xəstəlikdən vəfat edib.

KONKRET.az xəbər verir ki, Bizim.Media-nın əməkdaşı əməkdar artistin qızı Aygün Abdullayeva əlaqə saxlayıb.

O bildirib ki, atası ilə vida mərasimi olmayacaq.

“Bu xəbər ailəmizi çox sarsıtdı. Artıq atam yoxdur. O, bu gün anamın dəfn olunduğu Müşfiq qəsəbəsindəki qəbiristanlıqda torpağa tapşırılacaq. Hazırda nəşi məscidə, ordan isə öz evinə aparılacaq. Vida mərasimi olmayacaq. Atam yaşadığı evindən son mənzilə yola salınacaq”,- deyə Aygün xanım bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*