Dəfn mərasimlərində alqış, musiqi ifası və digər rituallar etmək günahdır, yoxsa…? – İlahiyyatçı danışdıbackend

Dəfn mərasimlərində alqış, musiqi ifası və digər rituallar etmək günahdır, yoxsa...? - İlahiyyatçı danışdı

Müasir dövrdə dəfn mərasimlərində ənənəvi dini qaydaların yanında musiqi, alqış və səsli çıxışlara da rast gəlinir. Cəmiyyətdə bu yanaşma bəziləri tərəfindən müasirlik və mərhumun xatirəsini daha doğma şəkildə anmaq kimi qiymətləndirilsə də, digərləri bunu dini normalardan uzaqlaşma hesab edir. Bəs, İslam dinində bu cür yeniliklərə necə baxılır?

Mövzu ilə bağlı ilahiyyatçı Tural İrfan bildirib ki, dəfn mərasimi ilk növbədə dinin tələblərinə uyğun həyata keçirilməlidir. Onun sözlərinə görə, zamanla bəzi ruhanilər yas mərasimlərini təhrif edib, maddi gəlir mənbəyinə çevirdikləri üçün ziyalı və zadəgan təbəqədən olan insanlar mollaların ənənəsinə uyğun dəfn mərasimindən imtina etməyə başlayıblar.

Gənclər buna görə ateist və deist olur" - İlahiyyatçıdan GÖZLƏNİLMƏZ  AÇIQLAMA - Turkustan.az

“Bu gün bir çox mədəniyyət, elm, incəsənət adamları ölümü zamanı sazla dəfn olunmağı vəsiyyət edir. Çünki insanlar görür ki, musiqiçilər xalqı birləşdirir, sevincli günlərdə iştirak edir, amma mollaların fəaliyyəti çox vaxt nifaq və xurafatla müşayiət olunur. Ona görə də cəmiyyətdə belə fikir formalaşıb ki, təmiz insanlar musiqiçilərdir, din xadimləri yox. Halbuki, İslam haqqın, düzün və ədalətin tərəfindədir, lakin təəssüf ki, bu gün dini təhrif ediblər və dəfnlər ərəbləşib, farslaşıb”, – deyə Tural İrfan vurğulayıb.

İlahiyyatçı qeyd edib ki, İslam dininə görə, dəfnlə bağlı vacib qaydalar – qüsl, kəfən, cənazə namazı və qibləyə dəfn edilmə hökmü yerinə yetirildikdən sonra mərhumu xatırlamaq məqsədilə çıxış, alqış və hətta musiqidən istifadə oluna bilər:

“Əsas odur ki, əndazə aşılmasın, günaha yol verilməsin və bu hallar ənənəvi forma almasın. Əgər mərhum vəsiyyət edibsə, günah olmayan istənilən vəsiyyəti yerinə yetirmək vacibdir. Məhz bu səbəbdən bəzi ziyalıların dəfnində saz ifası və alqış müşahidə olunur”.

Tural İrfanın sözlərinə görə, ölüm məhv olmaq deyil, sadəcə dünyanı dəyişməkdir. Ona görə də mərasimlərdə mərhumu xatırlamaq üçün müxtəlif vasitələrdən istifadə etmək mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*