Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində mikroavtobusla minik avtomobili toqquşub.
KONKRET.az report-a istinadən bildirir ki, nəticədə mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəzada azı 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların Gəncədən Gədəbəyə gedən müəllimlər olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.