DƏHŞƏT: Keçmiş həyat yoldaşını qətlə yetirib, sonra intihar etdibackend

DƏHŞƏT: Keçmiş həyat yoldaşını qətlə yetirib, sonra intihar etdi

Rusiyanın Buryatiya Respublikasında faciəvi hadisə baş verib. İvolginski rayonunda bir kişi keçmiş həyat yoldaşı Mariya Lubsanovanı meşəlik əraziyə apararaq bıçaqlayıb. Qadının hadisə yerində həyatını itirdiyi bildirilir.

KONKRET.az xəbər verir ki, cinayətdən sonra kişi özünə qəsd edərək intihar edib. İlkin məlumatlara görə, hadisəyə səbəb qısqanclıq zəminində yaranan münaqişə olub.

Şahidlərin sözlərinə əsasən, tərəflər arasında öncə kəndin mərkəzində mübahisə yaşanıb. Qadının kömək çağırışına baxmayaraq, heç kim müdaxilə etməyib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*