Dəhşətli avtobus qəzası baş verdi, 15 nəfər öldübackend

Dəhşətli avtobus qəzası baş verdi, 15 nəfər öldü

Malayziyanın Gerik şəhərində tələbə avtobusunun iştirakı ilə baş verən qəza nəticəsində ən azı 15 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Star” portalı Perak ştatının Yanğından Mühafizə Departamentinə istinadən məlumat yayıb.

“15 nəfərdən 13-ü hadisə yerində, ikisi isə xəstəxanada ölüb”, – departamentdən bildirilib. Onların 14-ü tələbə, biri isə avtobus sürücüsüdür.

Avtobusda 43-ü tələbə olmaqla ümumilikdə 48 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*