Dəhşətli cinayət: Ata və oğlunu avtomobilə bağlayıb, diri-diri yandırdılarbackend

Dəhşətli cinayət: Ata və oğlunu avtomobilə bağlayıb, diri-diri yandırdılar

Bu gün səhər saatlarında Türkiyənin Diyarbakır vilayətinin Sur rayonuna bağlı Erveni kəndində dəhşətli cinayət hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, sakinlər səhər saatlarında yanan bir yük maşını görərək dərhal 112 Təcili Yardım Xidmətinə məlumat veriblər.

Diyarbakır’da vahşet! Baba ve oğlunu arabaya bağlayıp yakarak katlettiler!

Hadisə yerinə cəlb olunan jandarma, yanğınsöndürmə və tibbi yardım qrupları yanğını söndürdükdən sonra maşında iki nəfərin yanmış meyitini aşkar ediblər. Meyitlərin 50 yaşlı Remzi Sati və onun 15 yaşlı oğlu Məhəmməd Satiyə aid olduğu müəyyənləşib.

Diyarbakır’da vahşet! Baba ve oğlunu arabaya bağlayıp yakarak katlettiler!

İlkin araşdırmalara görə, ata və oğul əlləri bağlanaraq avtomobilə yerləşdirilib və üzərlərinə benzin tökülərək yandırılıb. Onların heyvan alveri ilə məşğul olduqları bildirilib. Mərhumların cəsədləri otopsiya üçün Diyarbakır Ədliyyə Tibb Məntəqəsinə göndərilib.

Hadisə ilə bağlı Sur Rayon Jandarma Komandanlığı və Diyarbakır Baş Prokurorluğu genişmiqyaslı istintaqa başlayıb. Cinayəti törədən şəxslərin kimliyi və motivi hələ müəyyənləşdirilməyib. Hadisə bölgədə və ictimaiyyətdə böyük rezonans doğurub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*