DƏHŞƏTLİ GÖRÜNTÜLƏR YAYILDI! Etirazçıları BELƏ öldürüblər – VİDEObackend

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR YAYILDI! Etirazçıları BELƏ öldürüblər - VİDEO

Yanvarın 8-i axşamı (18 Dey 1404-cü il) yayılan videogörüntülər Tehranda hərbi və təhlükəsizlik qüvvələrinin etiraz aksiyasında iştirak edən və silahsız olan vətəndaşlara qarşı birbaşa atəş açdığını göstərir.

KONKRET.az xəbər verir ki, videonun aparılan təhlilinə əsasən, etirazçılar üzərlərində heç bir silah daşımayıb və təhlükə yaratmayıblar. Buna baxmayaraq, təhlükəsizlik qüvvələrinin onlara doğru birbaşa atəş açdığı iddia olunur.

Hadisə ilə bağlı Böyük Britaniyanın The Sunday Times qəzeti də geniş məlumat yayıb. Qəzetin yazdığına görə, İranda baş verən ümumrespublika etirazları zamanı ölənlərin sayı azı 16 500 nəfərə, yaralananların sayı isə təxminən 330 min nəfərə çatıb.

Nəşr, həmçinin, proqnozlara istinadən bildirir ki, etirazların zorakılıqla yatırılması nəticəsində 8 mindən çox insan görmə qabiliyyətini itirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*