Rusiyanın paytaxtı Moskva şəhərində və Moskva vilayətində güclü ildırım nəticəsində azı üç fərdi yaşayış evi yanıb.
KONKRET.az xəbər verir ki, yanğın hadisələri paytaxtın Kuntsevo rayonunda, İstrinsk vilayətinin Aleksino kəndində və Odintsovo rayonunun İvonino yaşayış məntəqəsində qeydə alınıb. İlkin məlumata görə, hər üç halda ildırım evlərin dam örtüyünə düşüb və yanğın məhz bu səbəbdən baş verib.
Hazırda xəsarət alanlar barədə məlumat yoxdur. Yanğınsöndürmə briqadaları hadisə yerlərində işləyir.
Natiq Səlim,
KONKRET.az