Dele Alli karyerasını İspaniyada davam etdirə bilərbackend

Dele Alli karyerasını İspaniyada davam etdirə bilər

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.

KONKRET.az “Todofichajes”ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində Manuel Pelleqrinin baş məşqçisi olduğu “Betis” klubu maraqlıdır.

Qeyd edək ki, D.Alli 2023-cü ilin fevralında “Beşiktaş”da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan oynamır. Onun “Everton” klubu ilə müqavilə müddəti bu yay başa çatıb və hazırda azad agentdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*